Narkotikin təsiri altında avtomobil sürən şəxs cəzalandırıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə olunub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyulun 30-da saat 11 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində “Honda” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sürücü - Lənkəran rayon sakini 37 yaşlı Yalçın Əliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1.2-ci maddəsi ilə (il ərzində təkrar sərxoşluğa görə) protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Y.Əliyevə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırmaqla 800 manat dəyərində cərimə tətbiq olunub.