Martın 10-da gecə saatlarında Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozan “KİA” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, sükan arxasında olan Elməddin Cəfərovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. Barəsində inzibati protokol tərtib olunan sürücü Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib. Ondan heroin aşkar olunaraq götürülüb.