Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi - FOTO

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Stopnarkotik.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)