Moskvanın Şeremetyevo hava limanında qeyri-adekvat kişi iki yaşlı uşağı var gücü ilə yerə atıb.
Stopnarkotik.az xəbər verir ki, uşağı yerə çırpan kişi Qahirədən gələn 31 yaşlı Belarus vətəndaşı olub. O, çamadanın yanında dayanan tanımadığı şəxsin uşağına yaxınlaşaraq onu tutub və var gücü ilə yerə vurub. Sonra sakitcə kənara çəkilib yerə oturub.
Uşaq huşsuz vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib. Oğlanın onurğası və kəllə sümüyü sınıb, qapalı kəllə-beyin travması var. Uşaq komadadır. Həkimlər iki yaşlı uşağın həyatı üçün mübarizəni davam etdirir.
Moskva vilayətinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşağın vəziyyəti ağır, lakin stabil olaraq qiymətləndirilir. İkiyaşlı uşağa hücum edən Vladimir Vitkovun qanında isə marixuana tapılıb.
Məlum olub ki, 2 yaşlı Məhəmməd Əfzalın ailəsi müharibədən qaçmaq üçün İrandan Əfqanıstana, oradan isə Rusiyaya gəliblər. Uşağın anası uşaq arabasını açıb uşağı oturtmaq üçün bir anlıq kənara çəkilərkən narkoman Vitkov hücuma keçib.
Vitkovu 15 il həbs gözləyir.
Stopnarkotik.az