Narkotik təbliğatçısı olan reperin Bakı konserti ləğv edildi

Rusiyalı rep ve estrada ifaçısı Morqensternin (Alişer Tahiroviç Morqenştern) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.

Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın əməkdaşı konsertin təşkilaçıları ilə danışıb.

Təşkilatçı konsertin ümumiyyətlə baş tutmayacağını açıqlayıb: “Bəli, konsertə sayılı günlər qalmışdı. Texniki səbəblərə görə, ləğv edildi. Başqa səbəb yoxdur. Konsert digər bir vaxta da keçirilməyib. Ümumiyyətlə, repçinin konserti olmayacaq”.

Qeyd edək ki, narkotik təbliğatçısı kimi məşhur olan reper Morqensternin Bakıda öncədən nəzərdə tutulan konserti sosial şəbəkələrdə böyük etirazla qarşılanmışdı. Hansı ki, məhz narkotiki təbliğ etməsi səbəbindən onun Çeçenistanda konsertinə icazə verilməmişdi.

Bu baxımdan, Azərbaycanda Morqensternin konsertinin təşkil olunması “gəncliyimizi məhv etməyə çalışanlar kimlərdir?”, - deyə etirazlara səbəb olmuşdu.

*

Onu da qeyd edək ki, ləğv edilən konsertə bilet qiymətləri 75-300 manat arasında dəyişirdi.

Stopnarkotik.az