Narkotik tacirləri patrul gəmisini vurdu: ÖLƏNLƏR VAR

İspaniyanın Mülki Qvardiyasının iki üzvü Atlantik okeanın sahillərində onların patrul gəmisinin narkotik alverçiləri tərəfindən vurulması nəticəsində həlak olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə idarənin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Qayığı narkotiklə dolu gəmi tərəfindən vurulmuş həmkarlarımızla acı vida”, – qeyd olunub.