Narkotik tacirləri istehsal işinə kimya tələbələrini cəlb edir - ŞOK FAKTLAR

Narkokartellər kimya tələbələrini fentanil istehsalına cəlb edir. Belə ki, Meksikada universitet yataqxanasının qapıçısı işləyən narkokartel muzdlusu kimya fakultəsinin ikinci kurs tələbəsini “verbovka” məqsədilə hədəfə alıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “The New York Times” yazır. Muzdlu izah edib ki, kartel layihə üçün kadr toplayır və o, gənc haqqında xoş sözlər eşidib.

Tələbə işə bu şəxsin ona etdiyi təklifi belə xatırlayır: "Sən öz işində ən yaxşısısan. Bu işin sənin üçün maraqlı olub-olmadığına özün qərar ver".

Fentanil imperiyaları qurmaq istəyən Meksika narkokartelləri qatillər və ya korrupsioner polislərə deyil, Meksika universitetlərində təhsil alan kimya tələbələrinə, qeyri-adi istedadlı kadr ehtiyatına üz tuturlar.

Narkokartel laboratoriyalarında fentanil hazırlayan “aşbazlar” adlanan insanların içindən biri “The New York Times”a deyib ki, narkotiki daha güclü etmək və "daha çox insanı narkotikə otuzdurmaq" üçün dərin  kimyəvi bilikləri olan işçilərə ehtiyac duyurlar.

Bunu etməkdə isə kartellərin daha iddialı məqsədi var- xammalın Çindən idxalına ehtiyacı aradan qaldıraraq, fentanil hazırlamaq üçün lazım olan prekursorlarını özlərinin istehsal etməsi.

Stopnarkotik.az