NARKOTİK SATIŞINDAN 1,2 MİLYARD ƏLDƏ EDİBLƏR - Dəstə üzvləri saxlanıldı

“El Periodico”nu xəbərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya, Latviya, Polşa, İtaliya və Dominikan daxil olmaqla, 35 ölkəyə marixuananın ixracı və satışını təşkil edən dəstə öz işini tibbi preparatlar satmaq pərdəsi altında qurub.

**

    Onlar bu üsulla ümumilikdə 645 milyon avro (təxminən 1,2 milyard manat) qazanc əldə ediblər.

    Şəbəkə dərman vasitəsi adı ilə pərdələdiyi narkotik vasitənin reklam kampaniyası üçün yerli musiqi qruplarının xidmətlərindən istifadə edib.

    **

    Polisin məlumatına əsasən, əməliyyat nəticəsində cinayətkar şəbəkənin 58 min 600 avro, eləcə də 116 min 300 avro məbləğlərindəki kriptovalyuta hesabına da həbs qoyulub.

    O da qeyd edilib ki, dəstə üzvlərinin 2,6 milyard avroluq daşınmaz əmlakı məhkəmənin qərarı ilə möhürlənib.

    **