Narkotik satan bir qrup polis saxlanıldı

Rusiyanın Omsk vilayətində bir qrup polis əməkdaşı narkotik vasitələrin topdan satışına görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları külli miqdarda qadağan olunmuş maddələr alıblar, bundan sonra onları tanış kuryerlər vasitəsilə satıblar.

Qeyd olunur ki, axtarış zamanı şübhəlilərdən birinin üzərindən bağlamalarda heroin aşkar edilib. Saxlanılanların hamısına qulluq mövqeyindən istifadə edərək alver cəhdinə görə cinayət işi açılıb./lent.az