Narkotiki aludəçilərinin arasında maddə asılılığından xilas olduqdan sonra istifadəsiz sağlam həyata qayıtmaqda, sosiallaşmağa uyğunlaşmaqda çətinlik çəkən xeyi insan olur. Onlardan bu addımı ata bilmədikləri üçün özlərinə bəraət qazandıranlar da olur.
Elə şəxslər də olur ki, müəyyən müddətdən sonra onların narkotiksiz həyatında qırılma olur və yenidən narkotik istfadəsinə qayıdırlar. Narkotikin “bəzəkli, rəngarəng” illuziyalarından qopan keçmiş istifadəçilərə ayıq həyat quru, sönük, maraqsız gələ bilir, həyat ona sevinc, həyəcan, maraq bəxş etmir, pessimist əhval-ruhiyyə onu tərk etmir. Onlardan bəziləri yenə “doza”nın sorağına düşür.
Doğrudur, bunu onların hamısına şamil etmək olmaz, amma belələri yox deyil. Bəs narkotikin pis olduğunu anlayan, bu vərdişin onu ölümə apardığını dərk edən şəxsləri tətikləyən nədir?
YouTube platformasında “Proyekt Dno” layihəsinin müəllifi Mixail Rıbakin mövzuya toxunaraq, bunu səsləndirir: “İş burasındadır ki, narkotik istifadəsi dövründə asılı şəxs orqanizminin neyromediator ehtiyatını, yəni xoşbəxtlik hormonu olan seratonin, dopamin, oksitosin və endorfin bazasını tükəndirir, axırına çıxır".
Məntiqlə, narkotik istifadə etdiyinə görə, orqanizm bu hormonları artıq özü istehsal etmir, çünki istifadəçi belə desək, bu funksiyanı narkotikə həvalə edir.
“Orqanizmin yenidən xoşbəxtlik hormonlarını özü istehsal etməyə başlaması, bu mexanizmi özünün işə salması üçün müəyyən vaxt tələb olunur. Bu bir ay, iki ay, altı ay, bəlkə də bir il çəkə bilər. Müasir sintetik narkotiklərin istifadəsi zamanı isə bu müddət çox uzanır. Ona görə əgər narkotiki atırsansa, sənə elə gəlirsə ki, dünya bir də heç vaxt əvvəlki kimi parlaq, rəngarəng olmayacaq, bil ki, bunlar hamısı bərpa olacaq. Bunun üçün sadəcə vaxt lazımdır”, Mixail Rıbakin deyir.
Bu anda faydalı ola biləcək maraqlı fikir meydana çıxır. Bəllidir ki, hazırda "qara bazar"da sintetik narkotik artıq bitkisəl narkotikləri sıxışdırıb bazardan çıxarmaqdadır. Doğrudur, bazarda bahalı narkotiklər var, amma onların daha bahalı alıcıları olur. Kasıb, maddi imkanı daha aşağı olan əhali üçünsə nisbətən ucuz sintetik narkotiklər qiymət baxımından uyğundur. Bundan başqa, narkoticarət çətəsinin “effektiv, uğurlu” fəaliyyəti, əlaqələri yaxşı koordinasiya etməs səbəbindən narkotiklər tamamən əlçatandır. Ələlxüsus sintetik "patı", "kokos" və s.
Narkotikdən üzülüşməyə nail olanların orqanizm üçün zəruri olan xoşbəxtlik hormonları onları yenidən narkotikə qayıtmaqdan yayındırar. Deməli, insanlar bu hormonlar olan qidanı qəbul etməidirlər. Fiziki-bioloji baxımdan insanların seratonin, dopamin, oksitosin və endorfin hormonuna ehtiyaclarının ödənilməsi də çıxış yolu ola bilər ki, xoşbəxtliyi narkotikdə axtarmasınlar. Yəni bunu hansısa şəkildə qida formasında narkotiksiz təmin etmk mütləqdir.
Etiraf etməliyik ki, orqanizmimiz hormonlarla idarə olunur. Bu baxımdan insanları tərkibində çətənə olan qidalarla təmin etməklə, onların xoşbəxtlik hormonunu leqal yolla qida formasında almaları faydalı ola bilər. Hər şeydən başqa, yemək yolu ilə tərkibində çətənə olan qidaların qəbulu asılılıq yaratmır. Söhbət texniki çətənədən gedir. Bu versiya həm artıq narkotik istifadə etmiş, amma müalicə prosesində olan şəxslərin təbii qida yolu ilə ehtiyac duyduqları hormonu qida yolula almasını təmin edər. Onların asılılıqdan qopma periodunu ağrısız, rahat keçirməsinə imkan verər. Həmçinin, narkotikin “dadına baxmamış”, amma risk qrupuna daxil olan əhali təbəqəsinin də belə qidalara əlçatanlığını təmin etmək onların sintetik narkotiklərə ehtiyac duymaması üçün çıxış yolu ola bilər.
Stopnarkotik.az