Rusiyanın Amur vilayətində heroinin tədarükü kanalı yaradan etnik cinayətkar qrup saxlanılıb.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə qrup entik tərkibinə görə Mərkəzi Asiyadan olub. Məlumatlara görə, kriminal qrupun əməkdaşları narkokartellərdən birini logistika ilə təmin edirdmişlər. Əməliyyat “Qrom” xüsusi təyinatlılarının dəstəyi ilə narkotik polisi tərəfindən həyata keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan qrup üzvünün avtomobilindən çəkisi 22 qram olan 59 ədəd büküm heroin, yaşayış yeri üzrə isə daha 562 ədəd büklüm heroin aşkar ediblər. Bu miqdarda heroinin 1100-dən çox birdəfəlik dozaya kifayət edəcəyi bildirilir. İstintaqın məlumatına görə, narkotik Amur vilayətində satış üçün Primoryedən gətirilib.
Faktlarla bağlı cinayət işləri başlanıb. Cinayətkar qrupun üzvləri həbsdədir.
Stopnarkotik.az