Narkotik mafiyasına böyük zərbə vuran böyük reydlər keçirilib və təxminən 3 milyard avro dəyərində kokain müsadirə edilib.
Stopnarkotik.az xəbər verir ki, Ştutqart gömrük təhqiqat şöbəsi və Düsseldorf prokurorluğu bu əməliyyatın Almaniyada "ən böyük kokain müsadirəsi" olduğunu bildirib. Müstəntiqlər “ətraflı axtarış tədbirləri” haqqında danışırlar. Yeddi nəfər həbs edilib. BILD xəbər verir ki, ələ keçirilən kokain məxfi yerə aparılıb və orada ciddi mühafizə altında saxlanılır. Reydlər Bonn, Köln, Leverkusen, Vaxtberq, Reyn-Sieg rayonunda, Hamburq, Frankfurt və Heidekreisdə (Aşağı Saksoniya) keçirilib.
Stopnarkotik.az