Narkotik əməliyyatında 2600 kiloqram kokain ələ keçirildi

Karib dənizindəki iki narkotik əməliyyatında Hollandiyaya məxsus “Zr. RS. Qroningen” gəmisinin göyərtəsində təxminən 2600 kiloqram narkotik ələ keçirilib.

Stopnarkotik.az xəbər verir ki, narkotikin 2000 kiloqramından çoxu dünən, 560 klioqramı isə ötən bazar günü ələ keçirilib. Narkotik maddə məhv edilib.

Narkotik müsadirəsi Hollandiya Hərbi Dəniz Qüvvələri və Karib hövzəsi Sahil Mühafizəsinin birgə əməliyyatı çərçivəsində keçirilib.

Əməliyyat belə baş tutub: bazar günü Hollandiya Hərbi Dəniz Qüvvələri narkotik yüklü gəmini təqib etmək üçün snayper yerləşdirib. Hərbçilərin sözlərinə görə, xəbərdarlıq atəşi açılsa da, gəmi dayanmayıb. Hollandiyalı ekipaj üzvləri daha sonra silahlarını gəminin yedəyindəki sürət qayığının çöl mühərriklərinə tuşlayıb və dayananan qədər onlara atəş açıblar. Sürətli qayıqda olan 6 nəfər nəzarətə götürülüb. “Təqib zamanı sərnişinlər narkotik paketlərini gəmidən suya atıblar. Daha sonra onları sudan çıxarıblar”, deyə hərbi ekipajdan bildiriblər. Ümumilikdə 560 kiloqram kokain aşkar edilib. Hollandiya Baş Prokurorluğunun son hesablamalarına görə, kokainin qiyməti 42 milyon avrodur.

2000 kiloqram çətənə

Çərşənbə axşamı Sahil Mühafizəsi daha bir sürətli qayığın yerini tapmağa müvəffəq olub. Bu dəfə qaçaqmalçı olduqları iddia edilən şəxslər xəbərdarlıq atəşindən sonra gəmini dayandırıblar. Bu hadisə zamanı həbs olunanların sayı dərhal açıqlanmayıb. Ümumilikdə 2000 kiloqram marixuana götürülüb. Prokurorluğun hesablamasına görə, bu hasilatın küçə dəyəri təxminən 19 milyon avrodur. Həbs edilən bütün şübhəlilər Hərbi Dəniz Qüvvələri tərəfindən yerli hakimiyyət orqanlarına təhvil verilib və ələ keçirilən narkotiklər daha sonra məhv edilib.

Karib hövzəsində narkotik vasitələrin ələ keçirilməsi davam edir. Patrul gəmisi “Zr. RS. Qroninqen”in göyərtəsində 9-cu dəfə narkotik maddə müsadirəsi baş tutub. 2022-ci ildə, altı aylıq çalışmadan sonra, yeni rekord müəyyən edilib - 18 narkotik müsadirəsi - 21,300 kiloqram narkotik. Onların böyük əksəriyyəti kokain olub və ümumi çəkisi 17 800 kiloqramdır. Bundan başqa, 3500 kiloqram marixuana da müsadirə olunub. Bu əməliyyatlar zamanı Hərbi Dəniz Qüvvələri çoxlu sayda ölkə ilə əməkdaşlıq edir.

Stopnarkotik.az