Narkotik əməliyyatı - BİR TONDAN ÇOX KOKAİN ƏLƏ KEÇİRİLDİ

Sankt-Peterburqun “Böyük Limanı”nda bir tondan çox kokain saxlanılıb. Saxlanılan kokain 11 milyard rubl dəyərində olub.

Stopnarkotik.az xəbər verir ki, gömrük əməkdaşları kokain yükünü Rusiya FSB-nin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin əməkdaşları ilə birlikdə Nikaraquadan gələn konteynerə baxış zamanı müəyyən ediblər. FSB mətbuat xidmətindən verilən məlumata görə, qaçaqmalçılar yük modulunun yuxarı hissəsində sıxılmış ağ tozlu DIOR yazısı olan 1000 briket gizlədiblər. Ekspertiza aşkar edilən narkotik maddənin kokain olduğunu təsdiqləyib.

Stopnarkotik.az