Rusiyanın əməkdar artisti, teatr, kino və serial aktrisası Ramilə İsgəndər narkotik alverinə görə həbs edilib.
Axtarış zamanı onun evində və avtomobilində 2 kiloqram narkotik aşkar edilib.
Ramiə İsgəndər barədə polisə məlumatı bir neçə həftə əvvəl narkotik alveri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Penzadan olan 32 yaşlı narkotik satıcısı məlumat verib.
O, hüquq-mühafizə orqanlarına müştərilərinin siyahısını təqdim edib.
Onların arasında 46 yaşlı Rusiya Federasiyasının əməkdar artisti də olub.
Əldə edilən digər məlumata görə isə, aktrisanın 10 yaşlı oğlu var. R.İsgəndərin həbsindən sonra aktrisanın böyük qardaşı ona qəyyum təyin olunacaq.
O, bunun üçün artıq Yekaterinburqdan Moskvaya, o cümlədən qoca atasına mənəvi yardım göstərmək üçün gəlib.
Aktrisanın qardaşı onun övladının qəyyumluğunu rəsmiləşdirmək üçün sənədlər hazırlayır.
Qohumları uşağı Yekaterinburqa aparmağı və anası onunla görüşmək imkanı tapana qədər orada böyütməyi planlaşdırır. Bildirilir ki, Ramilə İsgəndəri 20 ilə qədər həbs cəzası gözləyir./olay.az