Narkotik cəmi 6 aya bədənini çürütdü... - NARKOEKSPERT FOTO PAYLAŞDI

Narkotik şəkildəki bu 6 ayın narkomanının bədənində dönməz yaralar, deşiklər, çürümələr əmələ gətirib. O, tam bu vəziyyətdə durub, narkotikin təsiri altında qarnında olan yaralarla "mübarizə aparırdı".

1 saatdan sonra ustadan qayıtdım, o, hələ də həmin vəziyyətdə durmuş və qarnındakı deşik, yara ilə "oynayırdı". Barmaqlarını qarnında yaranmış, çürümüş deşikdən bəlkə də 3-4 sm içəri, qarnına salmışdı, hiss etmirdi.

Son illərin narkotiklərinin kimyəvi, sintetik olduğundan artıq xəbərdarsınız. Bu narkotik istifadəçi 6-cı aydır ki, narkomandır.

Bəli, əzablı ölümə 6 ay da, hətta 1 dəfə, 1 dəqiqə də tam bəs edə bilər. Necə ki, bircə dəfə istifadədən dünya çempionu dünyasını dəyişdi.

Bu kimi adamların orqanizmdən aslı olaraq müalicəsinə külli miqdarda vəsait qoyulsa belə, bunları xilas etmək mümkünsüzdür, artıq bədəni tam çürümək üzrədir.

İndi baxın, özünüz nəticə çıxarın. Narkotiki bircə dəfə də olsa yoxlamağa, istifadəyə dəyərmi?

Emil MAQALOV

Narkoekspert

Bir 1 kişi, sakal ve gülümsüyor görseli olabilir