Narkotik cinayətləri ən ağır cinayətlər sayılacaq - YENİ QANUN...

ABŞ-ın Florida ştatında qeyri-qanuni immiqrantlar və narkotiklə bağlı cinayət işləri üçün cəzalar sərtləşəcək. Qubernator Ron DeSantis buna dair “çox maraqlı” qanun layihələri paketini imzalayıb.

Stopnarkotik.az xəbər verir ki, yeni qanuna görə, hüquqi status olmadan ABŞ-a giriş cinayət sayılır, buna görə doqquz ay həbs və minimum beş il cəza nəzərdə tutulur.

Deportasiya haqqında qərar qəbul edən hakimlər və andlılar heyəti sərt qaydalar çərçivəsində fəaliyyət göstərəcək və hər bir işə ayrıca baxa bilməyəcək, yaxud yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə ala bilməyəcək. Kriminal qrupların üzvü olan və ağır cinayətlər törətmiş qeyri-qanuni mühacirlər edam ediləcək. Eləcə də Floridada ağır cinayətlərə azyaşlıların zorlanması (12 yaşdan aşağı), qəsdən törədilmiş qətl və narkotiklə bağlı bir sıra cinayətlər aiddir.

Məhkəmə prosesinin yeni şablonlarını nəzərə alsaq, qeyri-qanuni immiqrantlar müdafiələrində sübut təqdim edə və ya hər hansı bir vəziyyətə özünümüdafiəyə istinad edə bilməyəcəklər. Mahiyyətcə onlar Amerika Konstitusiyasına zidd olan andlılar məhkəməsində tam hüquqlarından məhrum olacaqlar.

Stopnarkotik.az