Avropa Narkotik Agentliyi (EUDA) 2025-ci il hesabatında qitənin narkotik bazarı haqda məlumatlar paylaşıb. Hesabatda bildirilir ki, tendensiya əhalinin sağlamlığı və təhlükəsizliyi üçün yeni təhdidlər yaradır.
Stopnarkotik.az xəbər verir ki, Avropa Narkotik Agentliyi (EUDA) narkotik bazarında yeni istiqamətlər barədə həyəcan siqnalı verib.
Müasir narkotik bazarı geosiyasi qeyri-sabitliyə, qloballaşmaya və texnoloji tərəqqiyə sürətlə uyğunlaşır. Nəticədə isə yüksək dərəcədə təsirə malik narkotiklərin müxtəlif çeşidləri yaranıb. Çox çeşidli narkotikdən istifadə, yaxud bir neçə növ narkotikin eyni vaxtda istifadəsi effektiv profilaktika, müalicə və zərərin azaldılması xidmətlərinin göstərilməsini çətinləşdirir. Çünki narkotikin tərkibinə sintetik qatqılar qarışdırıldığı zaman məhsul daha çox zəhərlənmə verir və "peredoz"dan - aşırı dozadan ölüm halları artır.
Avropa Narkoitklər Agentliyi dövlətlərə yeni çox kəskin təhlükənin gəlməsi xəbərdarlığını edir. Bu sintetik katinonlar, güclü sintetik opioidlər və konsentratlaşdırılmış kannabis tərkibli narkotikdir.
EUDA (Avropa Narkotiklər Agentliyi) hesabatında açıqlayır ki, narkotik bazarında sintetik katinonun payı çoxalır. Kimyəvi cəhətdən katinona (kat kolunun aktiv inqrediyenti) bənzəyən stimulyator olan bu sintetik narkotik 2023-cü ildə ən azı 37 ton miqdarda aşkar edilib ki, bu da əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. Bu maddələrin əksəriyyəti Avropaya böyük miqdarda Hindistandan gətirilir. Belə ki, öncə Hollandiyaya, oradan da digər dövlətlərə paylanır.
Aİ Erkən Xəbərdarlıq Sistemi 2024-cü ildə yeddi yeni sintetik katinonu aşkar edib. Monitorinq sintetik katinonların sayını 178-ə çatdığını aşkarlayıb. EUDA üç yeni sintetik katinonlar- 2-metilmetkatinon (2-MMC), 4-bromometkatinon (4-BMC) və N-etilpentedron (NEP) və onların istehsalı üçün istifadə edilən səkkiz prekursorun risk qiymətləndirilməsini aparıb.
Narkotik qarışıqlarında sintetik katinonların qəsdən qatılıb istifadəsi ilə yanaşı, istehlakçılar onu əsas stimulyator kimi alırlar. Müalicə məlumatları da sintetik katinonların artımını təsdiqləyir: kationla bağlı kömək istəyənlərin sayı 2018-ci ildəki 425-dən 2023-cü ildə 1930-a qədər artıb. 2023-cü ildə Aİ-də 53 sintetik katinon istehsalı sahəsi sökülüb (2022-ci ildə 29), hansı ki, istehsal olunan məhsul əsasən Avropa bazarına çıxıb.
EUDA hesab edir ki, 2023-cü ildə opioidlərin digər maddələrlə birlikdə istifadəsi səbəbindən narkotiklərlə bağlı 7500 ölüm baş verib (2022-ci ildə 7100 ilə müqayisədə). Opioid bazarında heroindən başqa müxtəlif sintetik qatqı maddələri də mövcuddur. Yeni sintetik opioidlər Baltikyanı ölkələrdə geniş yayılıb və onların istifadəsi digər Aİ ölkələrində artan narahatlıq doğurur.
2024-cü ildə EUDA və Aİ üzv dövlətləri yeni sintetik opioidlərin yaratdığı artan təhlükəyə qarşı birləşməyə çağırıb. 2009-cu ildən bəri Avropa bazarında 88 yeni sintetik opioid peyda olub ki, onların çoxu yüksək təsirə malikdir və zəhərlənmə və ölüm riski yaradır.
2024-cü ildə EWS-də rəsmi olaraq qeydə alınmış yeddi yeni sintetik opioidin hamısı nitazenlər idi. Hazırda Avropada 22 növ nitazen tərkibli müşahidə olunur.
EUDA-nın Baltikyanı ölkələrdə apardığı araşdırma göstərir ki, Estoniya və Latviyada aşırı dozadan ölüm hallarının çoxu nitazen qatqısı sayəsində olur. 2024-cü ildə ən azı yeddi Aİ Üzv Dövləti və Norveç nitazinlərlə əlaqəli zərərlər barədə məlumat verdi.
Xüsusilə narahatlıq doğuran məsələ reseptlə yazılan preparatların (oksikodon, benzodiazepinlər) imitasiyası olan nitazenin olduğu saxta dərmanların artmasıdır. Bu, həmin preparatların gənclər də daxil olmaqla daha geniş istehlakçılar tərəfindən istifadə edilməsi riskini artırır. Bu uyuşdurucu dərmanların tərkibində nitazenlər çox olduğuna görə, onlar ciddi zəhərlənmə və aşırı dozadan ölüm risk yaradır.
Opioidlərin həddindən artıq dozası ilə mübarizədə əsas üsullardan biri opioidlərin təsirinin qarşısını ala bilən nalokson preparatının tətbiqidir. Nalokson müalicəsi səhiyyə işçiləri tərəfindən və ya evə çatdırılma proqramları vasitəsilə aparıla bilər. Bu cür proqramları təklif edən ölkələrin sayı artır. 2023-cü ildə 15 Aİ Üzv Dövləti nalokson müalicəsi tətbiq edib, 2024-cü ildə daha üç ölkə pilot proqramı işə salıb.
Çinin 10 nitazenə nəzarəti narkotik bazarını bu maddələrdən (məsələn, metonitazen, protonitazen) və opioidlərin yeni törəmə və ya alternativ növlərini yaratmağa yönləndirə bilər. 2024-cü ildə EWS "orfin" ailəsindən olan yeni sintetik narkotik maddələr olan siklorfin, spiroxlorfini aşkar etdi ki, bu da sakit monitorinqi gərəkdirir.
Daxili İşlər və Miqrasiya üzrə Avropa Komissarı Maqnus Brunner narkotik vasitələrin qanunsuz dövriyyəsinin vətəndaşların sağlamlığına və təhlükəsizliyinə ciddi təhlükə olduğunu vurğulayır: "Qanunsuz narkoticarət qorxu və korrupsiya mühiti yaradır, cəmiyyətimizin, bizneslərimizin və qurumlarımızın təməllərini sarsıdır. Kriminal şəbəkələr arasında şiddətli rəqabət təkcə zorakılığı gücləndirmir, həm də yeniyetmələri cinayətə cəlb edir. Təhlükəsiz və qorunan Aİ - bizim prioritetimizdir”.
EUDA-nın İcraçı Direktoru Alexis Husdil isə belə deyir: "Qlobal qeyri-sabitlik və sürətlə dəyişən narkotik meylləri fonunda Avropa vətəndaşlarını risk altına qoyan çoxsaylı problemlərlə üzləşir. Güclü təsir edən narkotik maddələrin artması və narkotikin daha mürəkkəb istifadə nümunələri sağlamlıq və təhlükəsizlik sistemlərini zərbə altında qoyur. Bu, yanaşmamızın hərtərəfli nəzərdən keçirilməsini və vəziyyətin monitorinqdən olmaqdan işimizi gücləndirməyə keçməyi tələb edir".
Stopnarkotik.az