Gürcüstan psixotrop dərmanların və metadon terapiya proqramlarının idxalı qaydalarını dəyişir. Bu məsələ ilə bağlı baş nazir Kobaxidze açıqlama verib.
Stopnarkotik.az xəbər verir ki, baş nazirin görə, dəyişikliklərə ölkənin müxtəlif şəhərlərində son vaxtlar iri narkotik alverçilərinin həbsi, eləcə də külli miqdarda narkotik vasitələrin müsadirə edilməsi ilə bağlı məlumatlar səbəb olub.
Hökumətin yeni təşəbbüsünə əsasən, özəl şirkətlərə psixotrop dərmanların Gürcüstana idxalı qadağan ediləcək, xüsusi nəzarətə götürülən dərmanların idxalı və satışı isə dövlətin səlahiyyətinə çevriləcək.
“Gürcüstanda psixotrop dərmanların, xüsusilə benzodiazepinlərin istehlakının həddi aşması, bu dərmanların narkotik məqsədlər üçün istifadəsinin ölkədə geniş yayılmış təcrübə olduğuna dair ictimaiyyətin əsaslı şübhələrini gücləndirir”, – Kobaxidze deyib. Onun sözlərinə görə, bu düzəlişlər nəticəsində əvəzedici terapiya ilə məşğul olan insanlar dərmansız qalmayacaq və dövlət beynəlxalq tərəfdaşların və donor təşkilatların iştirak etdiyi proqramların icrasını tam öz üzərinə götürəcək.
Belə anlaşılır ki, narkotik alverçiləri ölkəyə psixotrop preparatları ölkəyə idxal edən şirkətlərlə cinayət əlaqəsinə girərək, bu preparatları onlardan narkotik vasitələr hazırlamaq üçün istifadə edirlər. Bu səbəbdən dövlət bu sferanı onların əlindən alaraq tam nəzarətə götürəcək.
Stopnarkotik.az