Kolumbiya polisi qeyri-adi narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb. Belə ki, bir kişi parikinin altına gizlədilmiş narkotik kapsullarını ölkədən çıxarmağa çalışarkən saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Kolumbiya vətəndaşı olan şəxs 20 fevral tarixində Kartaxena şəhərindən Niderlandın paytaxtı Amsterdam şəhərinə uçmağa hazırlaşarkən polis tərəfindən şübhəli bilinib.
Aparılan araşdırmalar nəticəsində onun parikinin altına 10 min avro dəyərində olan 19 kapsul kokain gizlətdiyi müəyyən edilib.
Saxlanılan şəxsə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi, istehsalı və daşınması ittihamları ilə cinayət işi açılıb.