Narkotik daşıyan "kuryer" pişik saxlanılıb. Hadisə Rusiyanın Tolyatti şəhərində baş verib.
Stopnarkotik.az xəbər verir ki, “tüklü cinayətkar” xaltasında gizlədilmiş narkotik maddəni islah koloniyasının ərazisinə keçirməyə cəhd edib. Pişik yoxlama məntəqəsinə tərəf gedəndə orada işçilər tərəfindən tutulub.
Heyvanın xaltasında narkotikin gizlədildiyi bağlamalar olub. Samara vilayətinin Federal Penitensiar Xidmətinin məlumatına görə, ekspertiza onun çəkisi təxminən 9 qram olan marixuana olduğunu açıqlayıb. Narkotik pişikdən götürülüb və onun sonrakı taleyi barədə heç bir məlumat verilmir.
Stopnarkotik.az