Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edilib.
Bu barədə Stopnarkotik.az-a dövlət komissiyasından məlumat verilib.
Bildirilib ki, Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edib və aidiyyəti üzrə icraya yönəldib.
Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdirilib.