Gürcüstanda narkomanların məcburi müalicəsi üçün ilk xəstəxana açılıb.
Stopnarkotik.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi elan edib.
"Yeni xəstəxana 22 xəstə üçün nəzərdə tutulub. Yaxın gələcəkdə çarpayıların sayının artırılması nəzərdə tutulub. Müalicə prosesinə narkoloqlar, müxtəlif profilli həkimlər, psixoloqlar və sosial işçilər daxil olan multidissiplinar qrup cəlb olunub. Müalicə müasir beynəlxalq standartlara uyğun aparılacaq və hər bir xəstənin fərdi tələbatını tam ödəyəcək", - məlumatda deyilir.
Stopnarkotik.az

