Narkomanların məcburi müalicəsi necə getməlidir - DETALLAR

Məlum olduğu kimi, Gürcüstan liberal narkosiyasətdən imtina edib. Bu siyasətə daxil olan addımlardan biri narkomanların icbari müalicəsidir. Bəs qonşu ölkədə narkomanların icbari müalicəsi necə aparılacaq?

Gürcüstanda narkomaniyanın məcburi müalicəsi narkotiklə bağlı cinayətlərə görə cəza tədbirlərindən birinə çevrilir. Yəni narkotiklərdən məcburi müalicə olunmaq bir cəza növüdür. Narkomaniyadan məcburi müalicə ilə bağlı qərar məhkəmə tərəfindən veriləcək və o, yalnız ittiham hökmü çıxarıldığı zaman etibarlıdır.

Qərarın qəbulu üçün Səhiyyə Nazirliyinin nəzdində yaradılmış xüsusi komissiyanın şəxsin narkoman yaxud psixotrop və təsiredici təsir göstərən maddələrdən asılı olması barədə rəyi tələb olunacaq. Müalicə iki ildən artıq davam edə bilməz və yalnız Səhiyyə Nazirliyinin təsdiq etdiyi protokollara uyğun aparılacaq. Məcburi müalicəyə məhkum edilmiş şəxsin vəziyyəti hər üç aydan bir yoxlanılacaq. 

Eyni zamanda, komissiya müəyyən müddətdən sonra, müalicəyə mane olmayacaqsa, xəstəxanadan çıxmaq hüququ verə bilər.

Stopnarkotik.az