Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qazıqumlaq kənd H.Əliyev adına 2 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov, eləcə də digər iştirakçılar ümumbəşəri bəlaya çevrilən və gənclərin həyatını məhv edən narkomaniyanın zərərlərindən danışıblar. Bildirilib ki, “ağ ölüm” kimi tanınan na bu zərərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan hər bir şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunur.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az