Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyadan yeniyetmə və gənclərimizi qorumaq məqsədilə təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.
Stopnarkotik.az xəbər verir ki, “Narkomaniyaya yox deyək! ” adlı növbəti belə tədbir Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 11 saylı tam orta məktəbdə keçirilib.
Görüşdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov narkotik vasitələrin insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə şagirdlərə ətraflı məlumat verib. Onların asudə vaxtlarında idmanla,ictimai əhəmiyyəti olan işlərlə məşğul olmalarının önəminə diqqət çəkib.
Daha sonra narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.