"Narkomaniyaya yox deyək!" - NEFTÇALADA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTO

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər ərazisində yerləşən Peşə Məktəbində, eləcə də Astanlı kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Stopnarkotik.az xəbər verir ki, görüşlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Emil Cavadov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən polis rəisi, şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. Çıxışının sonunda narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladan E.Cavadov, bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirlərin sonunda narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən videoçarxlar nümayiş olunub və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

**

Stopnarkotik.az