"Narkomaniyaya yox deyək!" - LERİKDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTO

Lerik rayonunun Pirəsora kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" devizi altında maarifləndirici görüş keçirilib.

Stopnarkotik.az xəbər verir ki, çıxış edən Lerik Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev bildirib ki, bu kimi görüşlərin keçirilməsində məqsəd  narkomaniya və psixotrop maddələrin  insan orqanizmində yaratdığı problem və fəsadlarla bağlı şagirdləri  erkən yaşlarından məlumatlandırmaq, onlara sağlam həyat tərzi  sürməyin vacibliyini izah etməkdir.

Tədbirdə dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın törətdiyi  fəsadlardan, onun insan sağlamlığına vurduğu  zərərlərdən, narkotik vasitələrə  aludəçiliyin asılılıq yaratmasından söz açılıb, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, müxtəlif qurum və təşkilatlarda, həmçinin  təhsil ocaqlarında  bu yöndə təşkil edilən maarifləndirici tədbirlərin əhəmiyyətindən  bəhs edilib. Diqqətə çatdırılıb ki, bu ümumbəşəri bəlaya qarşı mübarizə cəmiyyətimiz üçün  olduqca prinsipial  məsələdir. Çünki dövlətin, xalqın parlaq gələcəyi məhz sağlam yeniyetmə və gənclərlə təmin olunacaqdır.

**

Stopnarkotik.az