"NARKOMANİYAYA YOX DEYƏK!" - Göyçayda maarifləndirici tədbir keçirilib / Foto

Göyçay şəhər 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Kibercinayətkarlığa qarşı mübarizə” mövzularında məktəblilərlə növbəti görüş keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev narkomaniyanın fəsadlarından, insan sağlamlığı üçün zərərlərindən, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan söz açıb, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Həmçinin kibertalamalarla mübarizə üsulları barədə şagirdlərə ətraflı məlumat verilib, görülməli olan ehtiyat tədbirləri sadalanıb. Heç bir halda fərdi və bank kartları məlumatlarını qarşı tərəfə verməmək barədə tövsiyələr diqqətə çatdırılıb.

Sonda mövzularla əlaqəli iştirakçıların sualları cavablandırılıb və videoçarx nümayiş olunub.

**

**