Naftalan şəhər 2 nömrəli tam orta məktəbində Naftalan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə Naftalan ŞPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov, eləcə də məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.
Görüş zamanı gənclər arasında narkomaniya ilə mübarizənin əhəmiyyəti, sağlam həyat tərzinin təbliği və maarifləndirmə işlərinin vacibliyi barədə geniş məlumat verilib.
