Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə İsmətli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
Stopnarkotik.az xəbər verir ki, tədbirdə RPŞ-nin rəis müavini, polis mayoru Nicat Orucov bəşəriyyətin ən ağrılı problemlərindən sayılan narkomaniyanın cəmiyyətdə səbəb olduğu sağalmaz fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polis əməkdaşlarının apardığı qətiyyətli mübarizədən bəhs edib, bu sahədə əldə edilən uğurlardan danışıb.
Qeyd olunub ki, bu mübarizə tədbirləri ilə yanaşı gələcəyimiz olan uşaq və gənclərlə keçirilən maarifləndirici görüşlər onlarda narkomaniya bəlası haqqında dolğun məlumatların yaranmasında mühüm əhəmiyyət kəsb edir.

