"NARKOMANİYAYA YOX DEYƏK!" - Balakəndə maarifləndirici tədbir keçirilib / Fotolar

Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mahamalar kənd orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov narkotik vasitələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan danışıb və gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. Bu bəlaya qarşı mübarizədə hər kəsin fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb.

Daha sonra mövzu ilə əlaqəli şagirdlərin sualları cavablandırılıb.

Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilərBir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər