“Narkomaniyaya və erkən nikaha yox deyək” - HACIQABULDA MAARİFLƏNDİRİCİ TƏDBİR / FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Pirsaat qəsəbə tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Stopnarkotik.az
xəbər verir ki, rüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar. Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qabaqlayıcı tədbirlər görülüb, cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur.
Erkən nikaha fəsadları mövzusunda da çıxışlar edən iştirakçılar məktəblilərə dəyərli tövsiyələr veriblər.
Tədbirdə şagirdlərə narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.

**

Stopnarkotik.az