Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Quşçu tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli narkotik vasitələrin insan həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən, sağlam gənc nəslin yetişməsindəki mənfi təsirlərindən danışıb.
Erkən nikahların fəsadları mövzusunda çıxış edən digər iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Sonda polis əməkdaşları mövzu ilə əlaqəli məktəblilərin suallarını cavablandırıblar.

