Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüarın iyunun 20-dən etibarən (10 gün müddətində) Bakı şəhərinin 16 küçə və prospektindəki elektron informasiya terminallarında nümayişinə başlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə komissiyanın işçi qrupundan məlumat verilib.
Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədilə sosial layihənin növbəti aylarda da müəyyən müddətdə nümayişi nəzərdə tutulur.