Narkomaniyanın fəsadlarından bəhs olunan DAHA BİR TƏDBİR - FOTO

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada narkomaniya və kibercinayətkarlıq hallarına qarşı mübarizə mövzusunda tədbir keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, təhsil sektorunun müdiri Zöhrab Salayev narkomaniyanın səbəb olduğu ağır fəsadlar, internet mühitində mövcud olan kibertəhlükələr barədə məktəblilərə məlumat veriblər. 

Bir daha diqqətə çatdırılıb ki, 

Gənclərin sağlam həyat tərzinə təşviqi narkomaniyaya qarşı mübarizənin ən effektiv üsullarından biridir. 

Şəxsi və bank kartı məlumatlarının qorunması, təhlükəsizlik qaydalarına riayət etmək kibercinayətlərin qarşısının alınmasında əsas şərtdir. 

Sonda məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

**

**