Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yeddioymaq kənd tam orta məktəbində narkomaniya və erkən nikahın fəsadlarına həsr olunmuş maarifləndirici görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edənlər narkomaniya və erkən nikaha qarşı mübarizənin, onun təhlükəli fəsadları və səbəb olduğu ağır nəticələrlə bağlı maarifləndirmə işinin bu gün xüsusilə aktual xarakter daşıdığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da gücləndirmək, onlarda zərərli vərdişlərin fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, erkən nikahın yaratdığı problemlər barədə gəncləri dolğun şəkildə məlumatlandırmaq məqsədi daşıyır.
