Narkomaniya ilə mübarizənin uğurlu nəticəsi: 100 mindən çox narkotik aludəçisi yardım alıb

İslam Əmirliyi narkomaniya ilə uğurla mübarizə aparır. Narkomaniya ilə mübarizə çərçivəsində Əfqanıstan İslam Əmirliyi ölkə üzrə 100 mindən çox narkomanı toplayaraq tibb mərkəzlərinə göndərməklə səmərəlilik səviyyəsini yüksəldib. Stopnarkotik.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri narkomaniyanın yüksək olduğu əyalətlərdə 10 yeni müalicə mərkəzinin yaradılmasını elan etməklə dəstək tədbirlərini genişləndirmək niyyətində olduqlarını bildiriblər.

Bu addım köməyə ehtiyacı olanlar üçün daha əlçatan və effektiv müalicəni təmin edəcək.

Qeyd olunur ki, artıq müalicə kursu keçən bir sıra narkomanlar İslam Əmirliyinin bu yöndə fəaliyyətindən razılıqlarını ifadə edərək, həyatlarında müsbət dəyişikliklərin olduğunu vurğulayıblar.

Stopnarkotik.az