"Narkomaniya cəmiyyətin qəddar düşmənidir" - Biləsuvarda maarifləndirici tədbir keçirilib / FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə İsmətli kənd tam orta məktəbində "Narkomaniya cəmiyyətin qəddar düşmənidir" mövzusunda maarifləndirici görüş keçirilib.

Stopnarkotik.az xəbər verir ki, çıxış edən Biləsuvar RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov bildirib ki, narkomaniya, narkotik tərkibli maddələrin istehsalı və onlardan istifadə bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli problemlərdən biri olmaqda davam edir. Narkomaniyanın fəsadları, miqyası artdıqca onunla mübarizə daha da aktuallaşır.

Bu baxımdan polis əməkdaşları hazırki dövrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli əməliyyat tədbirləri həyata keçirməklə yanaşı maarifləndirmə işlərini də təşkil edir, yeniyetmə və gənclərin bu bəlaya qarşı daha çox məlumatlı olmasına çalışırlar.

**

Stopnarkotik.az