Narkomafiyanın filmlərdən geri qalmayan gərgin süjetli dünyası yaxud dövlət narkokartelləri bir-birinə necə qırdırır...

Meksika narkokartellərinin bəziləri ABŞ hökuməti ilə məxfi əməkdaşlıq edir. Görünür, ABŞ hökuməti ölkəyə narkotik axınının qarşısını kəsmək yaxud ən azı tənzimləmək üçün narkokartelləri bir-birinə qırdırmaq taktikasını seçib.

Belə ki, 26 iyul 2024-cü ildə "El Çapo"nun oğulları narkobaron "El Mayonu" qaçıraraq ABŞ hakimiyyətlərinə təhvil verdikləri görüş təşkil etdilər - bu addım Sinaloa Kartelinin fraksiyaları arasında müharibənin başlanğıcı oldu.

2024-cü ilin iyul ayının əvvəlində "El Mayo" şərikləri Kabrera Sarabia qardaşları ilə Duranqo ştatının dağlarında idi. Bu müddətdə “El Çapo”nun oğulları “El Mayo”nu təlyə salmaq üçün görüşə dəvəti göndəriblər. Onların sözlərinə görə, iclasda özləri və ştatın qubernatoru iştirak etməli I idi. Rəsmi səbəb isə belə olub ki, qubernatorla Kuliakanın keçmiş meri arasında bölgədə yaranmış siyasi problemi müzakirə etmək istəyirlər. “El Mayo”nun ələ keçməsini təşkil etmək üçün narkobaronu "Los Chapitos"un nəzarətində olan əraziyə gətirmək planlanlıb. Ona görə də “siyasətçilər” mövzusunu bəhanə edərək, görüşə rəsmi və ciddi xarakter veriblər. Narkobaronun bu bəhanə ilə görüşə şirnikləndirə biliblər.

“El Mayo” görüşə kiçik mühafizəçi dəstəsi ilə gəlib – cəmi dörd nəfər. İclasın keçirildiyi rançoda onu “El Çapo”nun kiçik oğlu Xoakin Quzman, eləcə də Kuliakan şəhərinin keçmiş meri qarşılayıb. Nə İvan Quzman, nə də qubernator orada olmayıb.

Tezliklə Xoakinin adamları "El Mayo"nun əl-qolunu bağlayaraq meri güllələyiblər. Bundan sonra "El Mayo" pikap maşınına mindirilərək şəxsi təyyarəyə aparılıb və o, Xoakinlə birlikdə Texas ştatının El Paso şəhərinə aparılıb.

Xoakin Amerika hakimiyyətinə təslim olub və sərfəli anlaşma ilə razılaşaraq onlara "El Mayo"nu verdi.

Əvvəlcə əməliyyat İvan Quzman və qardaşları tərəfindən "El Çapo"nun oğulları ilə əsas əlaqə rolunu oynayan FTB ilə sıx əməkdaşlıqda planlaşdırılıb. Ertəsi gün səhər El Mayonun bütün adamları və tərəfdaşları şoka düşüblər, nə baş verdiyini anlamağa çalışırdılar.

İvan və Alfredo Quzman, vəkilləri vasitəsilə, bunun El Mayonun könüllü təslim olduğunu və bunun son dörd il ərzində planlandığını iddia ediblər. Bununla belə, qardaşlar İvan və Alfredo Qusman qardaşları müharibəyə hazırlıqlı olublar. Onların çoxlu ərazisi, silahlı adamları, ən əsası isə qubernator tərəfindən tam dövlət dəstəyi olub.

Amma iki qardaş narkobaronar “El Mayo”nun dəstəsinə dərhal zərbə endirmək əvəzinə, reaksiyanın necə olacağını gözləməyə başlayıblar. Bu müddət ərzində isə El Mayonun varisi, "Mayito Flako" ləqəbi ilə tanınan oğlu tez bir zamanda özünü təşkil etməyi bacarıb. O, görüşlər keçirib, atasının bütün əsas müttəfiqlərinin dəstəyini alıb. Müttəfiqlərin arasında Duranqodan Kabrera Sarabia qardaşları, Tixuanadan Arzate Qarsiya qardaşları və məşhur Sonora ştatından Los Rusos köməyə gəldi. Mayito Flako həmçinin Çiapasdan olan narkotik tacirlərindən və nüfuzlu Karo Kintero ailəsindən də dəstək zəmanəti aldı. Bundan başqa, Sonoradan olan Salazar ailəsi ilə ittifaq bağlandı və son anlaşma Beltran Leyva qardaşlarının varisləri olan Guasave Karteli ilə razılaşma oldu. Mayito Flako nəhəng koalisiya topladı və sentyabrda “El Çapo”nun oğullarına rəsmən müharibə elan etdi. Bir illik döyüşdən sonra koalisiya Los Chapitos strukturunun yarıdan çoxunu məhv etdi. Sinaloa ştatında qarşıdurma başlayandan bəri 4000-dən çox insan öldürülüb və ya qaçırılıb.

Stopnarkotik.az