Narkoloji Dispanserdə ölüm hadisəsi - İKİ GÜN ƏVVƏL YERLƏŞDİRİLƏN ŞƏXS ÖLDÜ

Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, dispanserə alkoqol sərxoşluğu vəziyyətində daxil olmuş, tufeyli həyat tərzi sürən həmin şəxs, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.