CJNG narkokartelinin qurucularından birinin qardaşı Qvadalaxarada həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, təhlükəsizlik qüvvələri “El 85” ləqəbli Erik Valensiya Salazarın qardaşı Tito Valensiyanı ələ keçirib.
2009-cu ildə “Xalisko Yeni Nəsil Karteli”nin (CJNG) yaradılmasının başlanğıcında məhz “El Menço” ilə birlikdə “El 85” dayanmışdı. 2022-ci ildə narkobaron Erik Xaliskoda ordu tərəfindən saxlanılıb və bu yaxınlarda ABŞ-a ekstradisiya edilib.
Həbsxanada olarkən qardaşı Tito işlərin idarə edilməsini öz üzərinə götürüb, baxmayaraq ki, onun CJNG rəhbərliyi arasında nüfuzu nəzərəçarpacaq dərəcədə aşağı olub.
Cəmi bir həftə əvvəl “El 85”in Amerika hakimiyyəti ilə əməkdaşlığa başladığı məlum olub. Qardaşının həbsi çox güman ki, birbaşa bununla bağlıdır - ya Tito könüllü təslim olub, ya da kartelin özü tərəfindən ekstradisiya edilib.
Stopnarkotik.az