"Yeni Sinaloaya xoş gəlmisiniz".
Bu sözlər 21 parçalanmış cəsədin tapıldığı furqonun yanında İvan Quzmana ünvanlanmış mesaja aiddir.
“Bu mesaj Kukla ləqəbli İvan Arçivaldoya ünvanlanıb, ağlını başına yığ və çıxıb bizimlə vuruş, kasıbları qəsb etməyi, soymağı dayandır.
Panuça, Bronta, Tita və sən, lənətə gəlmiş El 11 - qaçma, ey yaramaz.
Bu, Çapitosa xidmət etməyə davam edən bütün axmaqlara müraciətdir.
Yeni Sinaloaya xoş gəlmisiniz - qəsbin olmadığı, yaramazlıqla mübarizənin aparıldığı, insanların sülh içində yaşayan, inkişaf edən və qabağa gedə bilməyin mümkün olduğu yerdə.
Hörmətlə, Sinaloa xalqı".
“Sinaloa xalqı” dedikdə, təbii ki, “El Mayo” karteli nəzərdə tutulur.
Bu mesajın ünvanlandığı həmin gün Navolatodakı körpüdə “Los Chapitos” mesajı ilə üç nəfər asıldı.
İçində 21 meyidin olduğu yük maşını asılmış şəxslərin yanında tapıldı.
Şayiələrə görə, ölənlər İvan Quzmanın ən etibarlı leytenantlarından (“Los Çapitos”) biri olan “El Muletas”ın bütün ailəsi olub.
2016-cı ildən Sinaloa karteli iki əsas fraksiyaya bölünüb: “Los Chapitos” və “Los Mayos”.
“Los Çapitos” İvan və Alfredo Quzmanın başçılıq etdiyi El Çaponun oğullarından ibarət qrupdur.
“Los Mayos” narkobaron El Mayo və onun oğlunun Mayito Flako kimi tanınan qruplaşmasıdır.
2024-cü ilin avqustunda Los Çapitos El Mayonu qaçıraraq ABŞ səlahiyyətlilərinə təhvil verdi. Buna cavab olaraq Mayito Flako onlara müharibə elan etdi.
“Quasave” Karteli daha sonra El Mayonun adamlarının tərəfini tutaraq münaqişəyə qoşuldu. Öz növbəsində “Los Çapitos” Jalisco Yeni Nəsil Karteli (CJNG) ilə ittifaq yaratdı.
Stopnarkotik.az