Narkokartellər ən son müasir silahları ABŞ-dan alırlar - İDDİA

ABŞ və Meksikanın təhlükəsizlik rəsmiləri və analitikləri kartellərin silah arsenalını gücləndirməsi barədə eyni rəyi bölüşürlər.

Stopnarkotik.az xəbər verir ki, Meksika rəsmiləri hər il yarım milyona qədər odlu silahın ABŞ-dan ölkənin cənubuna qaçaqmalçılıq yolu ilə gətirildiyini bildirir.

Belə ki, Trump administrasiyasının artan təzyiqinə hazırlaşmaq üçün cinayət qrupları hökumətin PUA-larını aşkar etmək məqsədilə skanerlər idxal etməyə və PUA-ları izləmə və istifadə təcrübəsi olan daha çox insanı sıralarına muzdlu kimi cəlb etməyə başlayıblar. Bunu kartel rəsmiləri “New York Times”a son müsahibələrində bildiriblər. Onlar həmçinin, ABŞ-dan silah tədarükünü artırdıqlarını deyirlər.

Stopnarkotik.az