Narkokartellər Əl-Qaidə düşərgələrinə sponsorluq edir

Meksika narkokartelləri Əfqanıstandakı Əl-Qaidə düşərgələrini maliyyələşdirir. Söhbət Əfqanıstanda “Əl-Qaidə” yaraqlılarının təlimi üçün ən azı bir neçə düşərgədən gedir.

Məsələ ilə tanış olan mənbələr qeyd edir ki, Meksika narkokartelləri bir sıra Əl-Qaidə təlim düşərgələrini “qismən maliyyələşdirib” və həmçinin Əfqanıstan düşərgələrində artıq təlim keçmiş cihadçıların Meksika sərhədindən ABŞ-a köçürülməsinə kömək ediblər.

Meksika kriminal imperiyalarının və Əfqanıstandakı terrorçu cihadçı şəbəkələrin əlaqəsi narkobiznes infrastrukturu üzərində qurulub. Taliban rejimi təkcə bu sahədə vasitəçilikdən öz faizini götürmür, həm də bu beynəlxalq “müəssisə”nin əsas səhmdarıdır.

Stopnarkotik.az