ABŞ-ın Maliyyə Nazirliyi “Beltran Leyva” kriminal mafiyasının (BLO) mövcudluğunu xatırlatmaq qərarına gəlib. Yeri gəlmişkən, həm də qeyd olunub ki, təşkilat dünyanın ən böyük kartellərindən biri olaraq qalır.
Stopnarkotik.az xəbər verir ki, "Beltran Leyva" mafiyasının başında duran Beltran qardaşlarının həbsindən və öldürülməsindən sonra narkokartelə nəzarəti “yeni qəddar narkotik tacirləri nəsli” ələ keçirdi. Hazırda kartelə “Çapo İsidros” ləqəbli Fausto Isidro Mesa Flores və “Myuziko” ləqəbli Oskar Qastelum Iribe rəhbərlik edir.
Əlavə olaraq qeyd edək ki, birincinin ələ verilməsi üçün 5 milyon dollar mükafat təyin olunub.
Narkomafiyadan ABŞ-Meksika sərhədi boyunca ən böyük matemfetamin və fentanil müsadirəsi baş tutub. Həmçinin, Kolumbiya, Ekvador, Qvatemala, Kosta Rika və Hondurasdakı əlaqələri ilə onların ABŞ-a ən böyük kokain tədarükçülərindən biri olduqları üzə çıxarılıb. Onıar eləcə də digər kartellər arasında 1980-ci illərdə Meksokanın məşhur “Qvadalxar” kartelinin başçısı olmuş Rafael Karo Kinterosun qardaşının başında durduğu “Kaborka” karteli ilə əməkdaşlıq edir.
Stopnarkotik.az