Meksikalı narkobaron «El Mayo» ləqəbli İsmael Zambada ABŞ-la anlaşmaq istəyir. Narkobaron ABŞ prokurorları ilə ölüm cəzası almamaq zəmanəti qarşılığında özünü günahkar kimi qəbul edəcəyi barədə sövdələşmək istəyir.
Zambada təklif edib ki, günahını etiraf etməsinin əvəzində ABŞ ona ölüm cəzası verməsin. Belə ki, Zambada keçən sentyabr ayında Nyu-Yorkun federal məhkəməsində narkotik alveri, çirkli pulların yuyulması və silah saxlama ittihamı da daxil olmaqla 17 ağır cinayətə görə özünü təqsirli bilməyib. O, məhkəməyə qədər həbs edilib. Bu dəfə isə özünü təqsirli qəbul etməyin əvəzində ölüm cəzasından qurtulmağa çalışır.
Stopnarkotik.az