Keçmiş narkobaron "El Mayo" ABŞ-la sövdələşib. Yəni, narkoticarət şəbəkəsinə daxil olan narkobaronlar, ssiyasətçilər, iş adamları, bir sözlə narkotik alverindən qidalanan şəxsləri ifşa etməyə razılıq verib. Əvəzində isə ölüm cəzasından canını qurtarıb.
Stopnarkotik.az xəbər verir ki, yeni məhkəmə sənədləri Sinaloa Kartelinin keçmiş başçısının avqustun 25-də keçiriləcək növbəti məhkəmə iclasında günahını etiraf edəcəyini təsdiqləyir.
Buna əsas verən maraqlı gəlişmə bu saylıa bilər ki, iki həftə əvvəl "El Mayo"nun ölüm hökmü ləğv edilib - bu, çox güman ki, Amerika prokurorları ilə əldə olunan razılaşmalarla birbaşa bağlıdır.
Belə görünür ki, "El Mayo" təkcə narkotik alverçiləri haqqında deyil, həm də "narkoticarət şəbəkəsinin gətirdiyi qida zəncirinin" daha yüksək səviyyəsində olan insanlar - siyasətçilər və iş adamları haqqında məlumat ötürməyə razılaşıb. Müqayisə üçün qeyd edək ki, bu yaxınlarda Ovidio Quzmanın Venesuela prezidenti Nikolas Maduronun əleyhinə məlumat verdiyi məlum olub.
Stopnarkotik.az