Noyabrın 15-nə keçən gecə Nardaran qəsəbəsi ərazisində bir evin həyətindən 5000 manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirəhəd Qsımov və Qazax rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Amil Yolçuyev saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, hər iki şəxs Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir zamanı ələ keçiriliblər.
Faktla bağlı araşdırma aparılır.