Naftalanda xeyli silah-sursat könüllü polisə verildi

Naftalanda vətəndaş silah-sursatı könüllü polisə təqdim edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsindən bir nəfər şəhər sakini bir neçə il bundan əvvəl tapdığı silah-sursatı könüllü olaraq polisə təqdim edib. Baxış zamanı vətəndaşdan 4 ədəd "F1" əl qumbarası, 492 ədəd 7.62 mm-lik və 320 ədəd 5.45 mm-lik avtomat patronu, 14 ədəd müxtəlif silahlara məxsus patron darağı və 1 ədəd odlu silah aşkarlanıb. Sözügedən silah-sursat müvafiq ekspertizaya təqdim olunub, araşdırmalar davam etdirilir